Gürcüstanda uranı 2 milyon dollara satmaq istəyən şəxs həbs edilib
Ucnoqta.az xəbər verir ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları uranı 2 milyon dollara satmağı planlaşdıran şəxsi saxlayıblar.
Bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat Departamentinin əməkdaşları Gürcüstan Prokurorluğu ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində radioaktiv maddənin qanunsuz satışına cəhd faktı üzrə 1 nəfəri saxlayıblar.
Təqsirləndirilən şəxsi 10 ilə qədər həbs gözləyir