Bryansk vilayətində yük qatarı relsdən çıxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Baza məlumat yayıb.
Hadisə bazar ertəsi, mayın 1-də, Rassuha - Uneça küçəsində baş verib. Qatarda neft məhsulları və taxta-şalban olan 60 vaqon olub, onlardan 7-8-i aşıb.
İlkin məlumatlara görə, qatarın relsdən çıxmasına az qalmış dəmir yolu partladılıb. Hadisə yerinə yanğın baş verib və təcili yardım briqadası gəlib.