BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) baş katibinin Sudandakı xüsusi nümayəndəsi Volker Perthes təşkilatdan 4 min tona yaxın humanitar yardımın oğurlandığını bildirib.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə "Sky News"a müsahibəsində bildirib.
Pertezin sözlərinə görə, Sudanda bir anbarda saxlanılan humanitar yardımın böyük hissəsi talan edilib. Ümumdünya Ərzaq Təşkilatının, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və digər təşkilatların Darfurdakı anbarları da boşaldılıb.
BMT baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi qeyd edib ki, humanitar fəaliyyətlərin bərpası üçün atəşkəs lazımdır.