Rusiyadan Ermənistana qaz verilişi dayandırıldı

11:57 - 1 May 2023 - DÜNYA

Rusiyadan Ermənistana “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəməri ilə təbii qazın nəqli dayandırılıq.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, mayın 1-də, saat 8.00-dan 20.00-a qədər, mayın 4-də Rusiya Federasiyasının Stavropol diyarında qaz kəməri hissəsində planlı təmir işləri ilə əlaqədar Ermənistana qaz verilişi dayandırılıb.

“Qazprom-Armeniya” QSC-dən bildiriblər ki, müəyyən edilmiş müddətdə respublikanın istehlakçılarının qaz təchizatı daxili ehtiyatlar hesabına məhdudiyyətsiz həyata keçiriləcək.

Xəbər xətti