2022-ci ilin yayından bəri Rusiya bir çox onilliklər ərzində dünyada ən böyük hərbi müdafiə sistemini qurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının məlumatında deyilir. Məlumata görə, bu obyektlər təkcə indiki cəbhə xəttinin yaxınlığında deyil, həm də Rusiyanın müvəqqəti nəzarətində olan ərazilərin dərinliklərində yerləşir.
Peyk görüntülərinə əsasən, Rusiya Federasiyası işğal olunmuş Krımın şimal sərhədini, o cümlədən Medvedevka kəndi yaxınlığında eşelonlaşdırılmış müdafiə zolağı ilə gücləndirmək üçün xüsusi səylər göstərir.
Rusiya Federasiyasında, xüsusən Belqorod və Kursk vilayətlərində də yüzlərlə kilometr uzunluqda xəndəklər qazılıb. Analitiklərin fikrincə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin əks-hücum zamanı böyük irəliləyiş əldə edə biləcəyindən qorxur.