Hindistan Ukrayna hakimiyyətini hinduizm ilahəsinin obrazını təhqir etməkdə ittiham edib.
Ucnoqta.az RBC-ya istinadən xəbər verir ki, Hindistanın İnformasiya və Yayım Nazirliyinin baş müşaviri Kançan Qupta bu barədə Twitter-də yazıb. O, Ukraynanın Müdafiə Nazirliyini tanrı Kalinin təsvir olunduğu karikaturaya görə “dünyadakı hindu heysiyyatına hücum etməkdə” ittiham edib. Lakin sonradan həm orijinal tvit, həm də Quptanın cavabı silinib.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi bir tərəfdən partlayışdan yaranan tüstü buludlarının yüksəldiyi, digər tərəfdən isə tüstünün hinduların məhvetmə, ölüm, zaman və yaradılış ilahəsi Kalinin təsviri ilə əvəz olunduğu kollaj yerləşdirib.