Son sutkada Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 7 artilleriya sistemini də məhv edib.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində dərc olunan məlumatda deyilir ki, Ukrayna Silahlı Qüvvələri bir gündə daha 450 rus işğalçını məhv edib.
Bildirilir ki, Rusiyanın Ukraynada 2022-ci il fevralın 24-dən şəxsi heyəti arasında ümumi döyüş itkiləri təxminən 190 960 (+450) nəfər təşkil edib.
Tanklar 3700 (+1) ədəd, zirehli döyüş texnikası 7192 (+3), artilleriya sistemləri 2921 (+7), reaktiv yaylım atəş sistemi isə 544 ədəd məhv edilib.
Düşmənin 295 hava hücumundan müdafiə sistemi, 308 təyyarəsi, 294 helikopteri, 2476 əməliyyat-taktiki pilotsuz uçan aparatı (+1), 932 qanadlı raket məhv edilib.
Bundan əlavə, düşmənin 18 gəmi/kateri, 5845 (+3) texnika və tankeri, 359 (+2) xüsusi texnikası məhv edilib.