ABŞ-nın SpaceX şirkətinin "Falcon Heavy" raketi ABŞ-ın Florida ştatındakı Kanaveral burnundan uğurla buraxılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə SpaceX-in nümayəndələri Twitter-də məlumat veriblər.
Raket 6,7 ton ağırlığında ViaSat-3 Americas peykini daşıyır. O, Şimali və Cənubi Amerikanı yüksəksürətli internetlə əhatə etməlidir.
Ümumilikdə, hər birinin şəbəkə ötürmə qabiliyyəti saniyədə bir terabaytdan çox olan üç belə peykin orbitə çıxarılması planlaşdırılır.Onların ümumi ötürmə qabiliyyəti bütün mövcud kommersiya peyklərindən iki dəfə çox olacaq.
İkinci cihaz şəbəkə ilə Avropa, Yaxın Şərq və Afrikanı, üçüncüsü isə Asiya və Sakit okean regionunu əhatə etməlidir.