Rusiyanın yeni bölgələri onun tarixi torpaqlarıdır - Putin

20:29 - 28 Aprel 2023 - DÜNYA

Ötən ilin sentyabrında Rusiya Federasiyasının tərkibinə daxil olan "Donetsk və Luqansk Xalq Respublikaları", eləcə də Zaporojye və Xerson vilayətləri tarixən Rusiya torpaqları olub.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin qanunvericilər şurası ilə görüşü zamanı bildirib.

“Bunlar bizim üçün tarixi torpaqlarımızdır, doğma xalqımızdır.  Onlar xalqımızın digər hissəsindən və digər hissələrindən nə ilə fərqlənir? heç nə. Bu, xalqımızın bir parçasıdır”, - deyə dövlət başçısı bildirib.

Prezident vurğulayıb ki, Rusiya onların birmənalı seçimini “müdafiə etmək və qorumaq” üçün hər şeyi etməyə borcludur.

Xəbər xətti