Polşa Britaniyadan 2,4 milyardlıq raketlərlə birlikdə HHM sistemi alıb

15:57 - 28 Aprel 2023 - DÜNYA

Britaniya hakimiyyəti Polşanı SAMM zenit-raket kompleksləri ilə hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, sövdələşmə 2,4 milyard dollara başa gələcək.

Bildirilir ki, Britaniya hakimiyyəti Polşanın "22 Pilica+" hava hücumundan müdafiəsini SAMM raketləri ilə təchiz edəcək. Saziş “NATO-da Avropanın ən böyük ikitərəfli hava hücumundan müdafiə sazişlərindən biridir”.

Xəbər xətti