Türkiyə ABŞ-dan F-35 qırıcıları almaq üçün ödədiyi pulu geri alacaq.
Ucnoqta.az xəbər verir ki, bunu “Hürriyet” qəzetinə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“F-35 üçün pul verdik, töhfə verdik, pulumuzu geri alacağıq. Bu sistemdən çıxmağımız öz istehsalımızı sürətləndirmək üçün hərəkətverici qüvvə oldu” -nazir deib.
2021-ci ilin aprelində Pentaqon ABŞ-ın Türkiyəni Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınması üçün F-35 təyyarələrinin istehsalı proqramından çıxardığını bildirdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Ankaraya F-35 qırıcıları satmaqdan imtina etməsi və Vaşinqtonun müdafiə sistemlərinin alınmasına reaksiyasından ölkənin narahat olmadığını bildirib.