Almaniyanın müdafiə naziri Ukraynaya daha 80 Leopard 1 tankının təhvil verildiyini açıqlayıb
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə cümə günü İspaniyanın “La Vanguardia” qəzetinə müsahibəsində bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorius əmin edib ki, əlavə 80 "Leopard 1" tankının Ukraynaya təhvil verilməsi bu ilin ortalarında başlayacaq.
"Bundan başqa, bu həftə yüzdən çox Ukrayna əsgərinin "Leopard 1"də təliminə başlanılıb", - nazir qeyd edib: "İlin ortasında 80-ə qədər "Leopard 1" tankının təhvil verilməsinə başlanılacaq".
Pistoriusun sözlərinə görə, Berlin “Ukraynanın Aİ-dəki əsas sütunudur”.
Nazir həmçinin gələn il Almaniyanın müdafiə büdcəsinin artırılmasını istəyib.