Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyədə keçiriləcək seçkilərdən əvvəl Moskvada Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin görüşünün keçirilə biləcəyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
“Tarix üçün bir neçə təklif var idi. Əslində, təxminən mayın əvvəlləri idi, amma İran prezidenti həmin vaxt Dəməşqə gedəcəyi üçün, gec olacaq. Dördlüyün görüşünün seçkilərdən əvvəl baş tutacağını güman edirik”, - Çavuşoğlu qeyd edib.
Qeyd edək ki, martın 15-16-da Suriyadakı vəziyyətin nizamlanmasına dair müzakirələr aparmaq üçün dörd ölkənin nümayəndələri Moskvada görüşməli idi, lakin texniki səbəblərə görə rusiyalı təşkilatçılar tədbiri təxirə salıblar.