Rusiya təyyarəsinə Argentinada yanacaq doldurması qadağan edilib

12:13 - 28 Aprel 2023 - DÜNYA

Rusiyanın RusJet aviaşirkətinə məxsus şəxsi "Bombardier RA-73550" təyyarəsinin Argentinanın El Kalafate şəhərində yanacaq doldurması qadağan edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “La Nation” yazır.

Məlumata görə, yerli hava limanlarının yanacaq verməkdən imtina etməsinə səbəb Rusiyaya qarşı beynəlxalq sanksiyalarla bağlı olub.

Təyyarə yanacaq doldurmaq üçün Paraqvayın Asunsion şəhərinə yola düşüb.

Xəbər xətti