Rusiyanın müdafiə naziri Sergey Şoyqu çinli həmkarı Li Şanfu ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin hərbi idarə rəhbərlərinin görüşü çərçivəsində danışıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Yeni Dehlidə Çin və Rusiya tərəfləri arasında ikitərəfli danışıqların əvvəlcədən planlaşdırılmadığı vurğulanır.
Bundan əlavə, iclas başlamazdan əvvəl və sessiyalararası fasilələr zamanı Şoyqu və Li Şanfu ayaq üstə duran maraq doğuran məsələlər ətrafında qısaca fikir mübadiləsi aparıblar.