Serbiya lideri Aleksandr Vuçiç səhhətinin pisləşməsi ilə bağlı məlumatların doğru olmadığını bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə o, Sputnik Serbiyaya danışıb.
Aleksandr Vuçiç özü Serbiyaya planlı səfərə getdiyini bildirib.
"Mən yaxşıyam. Bu gün Serbiyaya səfərə gedirəm", - Serbiya Prezidenti deyib.
Qeyd edək ki, aprelin 28-nə keçən gecə Vuçiçin təcili olaraq tibb müəssisəsinə aparıldığı xəbəri yayılmışdı.