Türkiyə təyyarəsi atəşə tutuldu - yaralanan var

11:42 - 28 Aprel 2023 - DÜNYA

Xarici vətəndaşları təxliyə etmək üçün Sudana gələn Türkiyə təyyarəsi cümə günü xüsusi təyinatlılar tərəfindən atəşə tutulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sudan ordusunun nümayəndəsinə istinadən “Əl-Hədəs” telekanalı məlumat yayıb.

Məlumata görə, Türkiyə təyyarəsi Xartumdan təxminən 20 km aralıda yerləşən Vadi Seydna hərbi bazasının aerodromuna eniş edərkən atəşə tutulub. “Əl-Hədas”ın məlumatına görə, mərmilərin atəşə tutulması nəticəsində nəqliyyat təyyarəsinin ekipaj üzvlərindən biri yaralanıb.

Xəbər xətti