Rusiya "tank biatlonu"nu ləğv etdi

11:11 - 28 Aprel 2023 - DÜNYA

Rusiya Müdafiə Nazirliyi builki “tank biatlonu”nu ləğv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının yeni hesabatında deyilir. Hesabatda bildirilir ki, buna səbəb cəbhədəki itkilər və müharibə zamanı biatlonun yersiz görünməsi qeyd edilir.

Britaniyalılar qeyd edirlər ki, “hərbi olimpiada” və ya “tank biatlonu” Rusiya cəmiyyətində ordunu populyarlaşdırmaq üçün bir vasitə kimi düşünülüb. Ancaq keçən il "tank biatlonu"nun keçirilməsi tənqidlərə səbəb oldu, çünki o, Ukraynaya işğalın ilkin mərhələsinin uğursuzluqları fonunda keçirildi.

“Həmçinin yüksək ehtimal var ki, Ukraynadakı yüksək itkilərə görə Rusiya Müdafiə Nazirliyi sadəcə olaraq tankların və ixtisaslı tank ekipajlarının, eləcə də digər mütəxəssislərin olmamasından narahatdır, buna görə də Rusiya hərbi əməliyyatlarda liderliyini itirə bilər”, - Britaniya kəşfiyyatı bildirib.

Xəbər xətti