Çexiya və Slovakiya prezidentləri Kiyevə gəliblər

11:06 - 28 Aprel 2023 - DÜNYA

Çexiya və Slovakiya prezidentləri Petr Pavel və Zuzana Çaputova cümə günü Kiyevə səfər ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə blesk.cz xəbər portalı məlumat yayıb.

Hər iki dövlət başçıları Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq və hökumət rəhbərləri ilə görüşəcəklər. Təhlükəsizlik səbəbi ilə səfərin vaxtı əvvəlcədən açıqlanmayıb.

Prezidentlər səfər zamanı bir daha Kiyevə dəstək ifadə etmək niyyətindədirlər.

Xəbər xətti