Rumıniya Türkiyə ilə 290 milyon avro dəyərində 18 ədəd "Bayraktar TB2" pilotsuz təyyarəsinin alınması üçün müqavilə imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin Buxarestdəki səfiri Özgür Kıvanç Altan Tvitter hesabında məlumat verib.
Diplomat bildirib ki, dost, Qara dəniz qonşusu və Türkiyənin NATO müttəfiqi olan Rumıniya "Bayraktar TB2" PUA-ların arsenalını artırır. Müqavilənin imzalanmasını şərh edən Altan “Bir çox döyüşlərdə qalib gələn bu strateji potensial tərəfdaşlığımızın yeni simvoluna çevrildi”.