Serbiya prezidenti Aleksandr Vuçiç təcili olaraq xəstəxanaya çatdırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Serbiya liderinin xəstəxanaya yerləşdirilmə səbəbi açıqlanmır və rəsmi açıqlama da verilmir.
2019-cu ildə Vuçiç ürək-damar xəstəliyinə görə artıq xəstəxanada olub.
Xatırladaq ki, 53 yaşlı Aleksandr Vuçiç 2017-ci ilin mayında Serbiyanın prezidenti olub.