Sudan ordusu humanitar atəşkəsin 72 saat uzadılmasına razılıq verib

23:34 - 27 Aprel 2023 - DÜNYA

Sudan Silahlı Qüvvələri humanitar atəşkəsin daha 72 saat uzadılmasına razılaşıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin rəsmi nümayəndəsi məlumat verib.

Sudan Silahlı Qüvvələri üsyançıların bu dəfə keçmiş dövrlərdə olduğu kimi atəşkəsin tələblərinə əməl edəcəyini və onu pozmayacağına ümid etdiyin bidirib.

Sudan vaxtı ilə gecə yarısı Səudiyyə Ərəbistanı və ABŞ-ın vasitəçiliyi ilə atəşkəs müddəti başa çatır. Münaqişə tərəfləri bu barədə aprelin 25-nə keçən gecə razılığa gəliblər, lakin bütün bu günlər ərzində humanitar fasilə dəfələrlə toqquşmalarla kəsilib.

Xəbər xətti