İran Oman körfəzində neft tankerini saxlayıb

19:27 - 27 Aprel 2023 - DÜNYA

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH Hərbi Dəniz Qüvvələri Oman körfəzində Marşal adaları bayrağı altında üzən neft tankerini saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Birləşmiş Ştatlar vəziyyəti fəal şəkildə izləyir və İran hakimiyyətini "neft tankerini dərhal azad etməyə" çağırıb.

IRNA-nın verdiyi məlumata görə, İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri gəminin həbs olunduğunu təsdiqləyib. Bildirilib ki, Fars körfəzində naməlum tankerin İran gəmisi ilə toqquşması və nəticədə İran ekipajının iki üzvünün ölümü ilə nəticələnən tanker Oman körfəzində saxlanılıb.

Xəbər xətti