Almaniya İsrailin "Arrow 3" raketdən müdafiə sistemini istəyir

16:53 - 27 Aprel 2023 - DÜNYA

Almaniya Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı İnqo Gerharts İsrailin Arrow 3 raketdən müdafiə sistemlərinin iki ildən sonra ölkəyə gələcəyi ilə bağlı fikirlərini bildirib.

Ucnoqta.az xəbər verir ki, o, bunu Bild-ə müsahibəsində deyib.

"Bizim "IRIS-T" və "Patriot" sistemlərimiz var, lakin bizə uzaq mənzilli nəsə lazımdır, buna görə də İsraildən "Arrow 3" almaq istəyirik. Əminəm ki, yaya qədər ilkin razılaşma əldə edəcəyik" - Gerhartz deyib

.Hərbçi qeyd edib ki, Rusiya hərbi təyyarələrinin Almaniya sərhədlərinə çox yaxın uçması halları son vaxtlar tez-tez baş verir.

Xəbər xətti