Finlandiya və ABŞ nüvə enerjisi haqqında saziş imzalayıb

16:13 - 27 Aprel 2023 - DÜNYA

Finlandiya və ABŞ nüvə enerjisi haqqında saziş imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Finlandiyanın İqtisadiyyat və Məşğulluq Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Agentliyin məlumatına görə, iki ölkə arasında əməkdaşlıq xüsusilə nüvə enerjisi texnologiyaları, nüvə tullantılarının idarə edilməsi və onların son utilizasiyası sahəsində əməkdaşlığın inkişafına yönəldiləcək. Yeni nüvə reaktorlarının tikintisi texnologiyaları da öyrəniləcək.

Xəbər xətti