Ərdoğanın səhhəti ilə bağlı açıqlama

16:08 - 27 Aprel 2023 - DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğan “son dərəcə güclüdür” və dövləti idarə etməyə davam edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib.

"Prezidentimizin səhhəti ilə bağlı bu söz-söhbətlər və dezinformasiyalar siyasi reallıqları alt-üst etməyə çalışır. Bizim prezidentimiz son dərəcə güclüdür, enerji ilə doludur və hələ uzun müddət ölkəni idarə etməyə davam edəcək".

Xəbər xətti