Rusiya Federasiyası nüvə eskalasiyası yolu ilə getmək niyyətində deyil, lakin ölkənin qətiyyətinə şübhə etməməyi və bunu yoxlamağı tövsiyə edib.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinq zamanı deyib.
“Amerika strateqləri, həmçinin mütəxəssislərin dediyi kimi, hipotetik nüvə eskalasiya pilləkənləri ilə bağlı illüziyalar içərisindədirlər. Biz Rusiya rəhbərliyinin dəfələrlə dediyi kimi hadisələrin ən pis ssenari üzrə inkişafının qarşısını almaq üçün hər şeyi edəcəyik" - Zaxarova qeyd edib.