İranın cənubunda 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri təxminən 526 min nəfər əhalisi olan Bəndər Abbas şəhərindən 120 km şimal-qərbdə yerləşib. Mənbə 53 km dərinlikdə yerləşirdi.
Dağıntılar barədə hələlik məlumat daxil olmayıb.