NATO Ukraynaya vəd edilmiş döyüş maşınlarının 98%-ni verib - Stoltenberq

13:46 - 27 Aprel 2023 - DÜNYA

NATO üzvü olan ölkələr artıq Ukraynaya vəd edilmiş döyüş maşınlarının 98%-ni verib.

Ucnoqta.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Lüksemburqun baş naziri Ksavye Bettel ilə görüşü zamanı deyib.

Məlumata görə, Şimali Atlantika Alyansı ölkələri Kiyevə 1550 zirehli texnika, 230 tank, hava hücumundan müdafiə sistemləri və artilleriya qurğuları, külli miqdarda sursat verib, həmçinin ən azı 9 zirehli briqada göndərməyi planlaşdırır.

Xəbər xətti