Putin və Ərdoğan arasında telefon danışığı olacaq
Ucnoqta.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib. Peskov bildirib ki, Akkuyu AES-ə yanacağın çatdırılması mərasimindən əvvəl Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq.
Onun sözlərinə görə, Kreml birgə tədbirlərə hazırlaşır.