Zelenski Britaniyanı Kiyev üçün “hava koalisiyasının” lideri olmağa çağırıb

12:01 - 27 Aprel 2023 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tim Barrou ilə görüşüb

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna liderinin ofisi məlumat yayıb. Görüşdə o, ölkəyə Qərb təyyarələri və silahlarının təhvil verilməsinin vacibliyini vurğulayıb.

Qeyd olunur ki, danışıqlar zamanı tərəflər Kiyevə gələcək silah tədarükü, eləcə də Zelenskinin iştirak edəcəyi NATO-nun Vilnüsdə keçiriləcək sammitini müzakirə ediblər.

“Millətimiz Böyük Britaniyanın müdafiə dəstəyində liderlik mövqeyini yüksək qiymətləndirir. Mən Böyük Britaniyanı Ukrayna üçün hava koalisiyasının yaradılmasında liderliyi ələ almağa çağırıram”, - deyə Ukrayna Prezidenti görüşün yekunları üzrə Telegram kanalında yazıb.

Xəbər xətti