Estoniya hakimiyyəti Finlandiya şirkətindən 40 milyon avro dəyərində snayper tüfəngləri alacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi bildirib. Məlumata görə, Estoniya Müdafiə Nazirliyi yanında Dövlət Müdafiə İnvestisiya Mərkəzi Finlandiyanın Sako şirkəti ilə Estoniyaya 40 milyon avro dəyərində 8,6 mm-lik snayper tüfəngləri tədarük edəcək müqavilə imzalayıb.
Belə tüfənglərdən Estoniya ilə qonşu olan ölkələrdə geniş istifadə olunduğu vurğulanır. Tüfənglər optik və termal nişangahlar, həmçinin səs boğucularla təchiz olunub.