Pakistanın baş naziri Şahbaz Şərif Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı HÜRJET döyüş təyyarəsinin uğurlu ilk uçuşu münasibətilə təbrik edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Pakistan rəhbəri Tvitter hesabında məlumat verib.
“Qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanı yerli HÜRJET yüngül döyüş təyyarəsinin uğurlu ilk uçuşu münasibətilə təbrik edirəm. Şübhəsiz ki, bu, Türkiyə və Türkiyə müdafiə sənayesi üçün böyük uğurdur. Türkiyədən olan qardaşıma TF-X layihəsində daha böyük uğurlar arzulayıram".