Sloveniya Ukrayna Silahlı Qüvvələrinı 20 ədəd "Valuk" yüngül təkərli zirehli maşın göndərib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, döyüş maşınları piyadaların daşınması üçün əlverişlidir.
Zirehli texnika Polşa və ya Slovakiyadan keçməklə Ukrayna ərazisinə gəlib və oraya təyyarə ilə çatdırılıb.
Bildirilir ki, “Valuk” Avstriyanın “Pandur I” zirehli maşınlarının təkmilləşdirilmiş versiyasıdır.O, altı sərnişini daşımaq qabiliyyətinə malikdir. Avtomobil yollarda 700 kilometr, yolsuzluqda isə 300 kilometr qət edə bilir.