“Axmat-1” OMON-un respublika xüsusi təyinatlı dəstəsinin döyüşçüləri xüsusi hərbi əməliyyat zonasına gedib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bildirib.
"Rusiya Qvardiyasının Çeçenistan Respublikasındakı Departamentinin "Axmat-1" OMON-unun şəxsi heyəti xüsusi hərbi əməliyyat zonasında öz yoldaşlarını əvəz etməyə gedib. Bölmənin tərkibinə döyüş əməliyyatlarında böyük təcrübəyə malik əsgərlər daxildir", - o, Telegram kanalında yazıb.
Kadırov qeyd edib ki, əvvəllər bir çox döyüşçü xüsusi hərbi əməliyyatda iştirak edib,