Türkiyə Təhlükəsizlik Şurasının üzvü Ərdoğanın infarkt şayiələrini təkzib etdi

23:00 - 26 Aprel 2023 - DÜNYA

Türkiyə Təhlükəsizlik Şurasının üzvü Çağrı Erhan Türkiyə prezidenti Ərdoğanın infarkt keçirməsi ilə bağlı yayılan xəbərləri təkzib edib

Ucnoqta.az xəbər verir ki, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvüÇağrı Erhan Lenta.ru-ya şərhində Türkiyə liderinin səhhəti ilə bağlı şayiələrə cavab verib.

Erhan xatırladıb ki, Türkiyə prezidenti aprelin 25-də canlı yayım zamanı xəstələnib. O, qısa fasilədən sonra müsahibəni davam etdirib və xəstə olduğunu izah edərək tamaşaçılardan üzr istəyib.

“Bu gün o, bütün günü evdə dincəldi və seçki mitinqlərini ləğv etdi” - Ərdoğanın müşaviri deyib.

Erhan Türkiyə liderinin guya infarkt keçirməsi ilə bağlı yayılan şayiələri təkzib edib və bu cür spekulyasiyaları “sosial şəbəkələrin məkrli və məsuliyyətsiz insanlar tərəfindən təhlükəli şəkildə istifadə edilməsinin bariz nümunəsi” adlandırıb.

Xəbər xətti