İsraildə yəhudi dövlətinin müstəqilliyinin 75-ci ildönümü münasibətilə hava paradı keçirilib.
Ucnoqta.az xəbər verir ki, aviaşouda 100-dən çox təyyarə, helikopter və pilotsuz uçuş aparatı iştirak edib.
İsrailin Müstəqillik Günü ölkənin əsas dövlət bayramıdır, yəhudi təqviminə görə İyar ayının beşinci günündə qeyd olunur və günlərin gün batmasından gün batmasına qədər hesablanır.