Çexiya hökuməti Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə qarşı sanksiyalar tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, “Czech News” məlumat yayıb. Nəşr qeyd edir ki, sanksiyalar “Rusiyanın Ukraynaya müdaxiləsinə verdiyi dəstəyə görə” tətbiq edilib.
Rus Pravoslav Kilsəsinin (ROK) rəhbəri üçün məhdudiyyətlər Çexiyaya girişin qadağan edilməsi, Çexiya hüquqi şəxsləri vasitəsilə maliyyə əməliyyatlarının aparılmasının mümkünsüzlüyü və ya onun ölkədəki hər hansı aktivinin dondurulması deməkdir.