İranda ayətullah qətlə yetirildi

13:01 - 26 Aprel 2023 - DÜNYA

İran Ekspertlər Şurasının üzvü, Zahidən şəhərinin keçmiş imam cüməsinə qarşı silahlı hücum olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb. İran Ekspertlər Şurasının üzvü Abbas Əli Süleymani çərşənbə günü ölkənin şimalında yerləşən Mazanderan əyalətində öldürülüb.

Qətl hadisəsi Babolser şəhərində törədilib. Polis siyasətçiyə qəsd edən cinayətkarı saxlayıb. Mazanderanın təhlükəsizlik qüvvələri qətli təsdiqləyib, lakin cinayətin motivləri hələlik açıqlanmayıb.

Süleymani son vaxtlara qədər İranın ruhani lideri Ayətullah Xameneinin İsfahan əyalətinin Kaşan şəhərində, həmçinin Sistan və Bəlucistan əyalətində nümayəndəsi kimi fəaliyyət göstərib.

Xəbər xətti