Omanda yağan güclü yağış bir neçə şəhərdə daşqınlara səbəb olub.
Ucnoqta.az xəbər verir ki, fırtınalı sel yolları yuyub aparıb və nəqliyyat əlaqələrini praktiki olaraq iflic edib.
Yerli sakinlər kəskin hava şəraiti ilə bağlı evlərini tərk edirlər. Sinoptiklərin proqnozlarına görə, leysan yağışları yaxın günlərdə daha da güclənəcək.