Oman və İran XİN başçılarının görüşü olub

11:00 - 26 Aprel 2023 - DÜNYA

İran və Oman xarici işlər nazirləri Omanın paytaxtı Məsqət şəhərində görüşüblər.

Aprelin 25-də baş tutan görüşdə Hüseyn Əmir- Abdullahiyan və omanlı həmkarı Bədr Bin-Həmd Əbulsəidi ikitərəfli və bölgəsəl məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə İranla Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin bərpası və Yəmən məsələsinin də müzakirə olunduğu bildirilir.

Qeyd edək ki, Oman hökuməti İranla qərb, xüsusilə ABŞ-la münasibətlərin qurulması məsələsində vasitəçi kimi çıxış edir.

Xəbər xətti