Pakistanda baş verən partlayışlarda ölənlərin sayı 18-ə çatıb

08:27 - 26 Aprel 2023 - DÜNYA

Ölənlər arasında 11 polis də var

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü The Express Tribune məlumat yayıb. Məlumata görə, Pakistanın şimal-qərbində polis məntəqəsində törədilən partlayışlar nəticəsində ölənlərin sayı 18-ə çatıb, azı 50 nəfər yaralanıb.

Ölənlər arasında 11 polis əməkdaşı, beş məhbus və iki mülki şəxs var.

Bundan əvvəl 12 nəfərin öldüyü, 57 nəfərin yaralandığı barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bazar ertəsi silahlı ekstremistlər Kabal rayonunda Terrorla Mübarizə Departamentinin polis bölməsinə hücum ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışma zamanı kamikadze partlayış törədib və bir neçə saniyə sonra polis binasında saxlanılan sursat partlayıb.

İki partlayış nəticəsində hadisə yerindən 2 km radiusda evlərə ziyan dəyib. Polis binası uçub. 

Xəbər xətti