Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda mədə qripi səbəbindən özünü pis hiss edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Jurnalistin sualı zamanı müsahibənin kəsildiyi, lakin daha sonra Ərdoğanın efirə qayıtdığı və hadisəyə görə üzr istədiyi bildirilib.
"İlk növbədə sizə cansağlığı arzulayıram. Dünən və bu gün təbliğat işləri çox idi. Ona görə də mədə qripinə tutuldum. Hətta verilişi ləğv etməyi də düşündüm. Amma söz verdik və gəldik. Sizdən və izləyicilərimizdən üzr istəyirəm”, - Türkiyə prezidenti bildirib.
Prezidentin dincəlməsi üçün müsahibə tezliklə başa çatıb.