Çin Xalq Azadlıq Ordusu çərşənbə günü Şərqi Çin dənizinin sularında təlimlər keçirəcək.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çjetszyan vilayətinin dəniz təhlükəsizliyi departamenti məlumat yayıb.
Departamentin məlumatında deyilir ki, Şərqi Çin dənizinin bəzi sularında praktiki silah tətbiqi ilə təlimlər keçiriləcək. Həmçinin qeyd edilir ki, müəyyən sularda naviqasiya qadağandır.