Ukrayna hökuməti İrana qarşı sanksiyaların tətbiqi ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasına təklif təqdim edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Baş nazirin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenkonun sözlərinə görə, sektoral sanksiyaların tətbiqinə səbəb Tehranın Moskvaya göstərdiyi yardımdır.
Bildirilir ki, Rusiya Federasiyasına silah tədarükündə iştirak edən şəxslərə və şirkətlərə əvvəlki məhdudiyyətlər İranda ciddi xəbərdarlıq kimi qəbul edilməyib.
Nazirlər Kabineti İrana qarşı 50 il müddətinə sanksiyalar tətbiq etməyi təklif edir.