Avropa İttifaqı ölkələrinin Xarici İşlər Nazirləri Şurası Moldovaya müdafiə potensialının inkişafı üçün 40 milyon avro ayrılması qərarını təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Nikolae Popesku keçirdiyi mətbuat konfransında bildirib.
Moldova ötən il artıq ölkənin silahlı və təhlükəsizlik qüvvələrinə dəstək üçün Avropa Sülh Fondundan təxminən 40 milyon avro alıb.