Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyə, Suriya və İranın müdafiə idarələrinin rəhbərləri ilə danışıqlar aparıb.
Ucnoqta.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə nazirlər Suriyada təhlükəsizliyin möhkəmləndirilməsi və Suriya-Türkiyə münasibətlərinin normallaşdırılması, terrorizmin təzahürlərinə qarşı mübarizə və Suriyada ekstremist qruplaşmalara qarşı mübarizə üzrə praktiki addımları müzakirə ediblər.
Müdafiə nazirliklərinin rəhbərləri Suriya Ərəb Respublikasının ərazi bütövlüyünü qorumaq istəklərini və suriyalı qaçqınların vətənlərinə qaytarılması üçün səylərin artırılmasının vacibliyini bir daha təsdiqləyiblər.
Nazirlər dördtərəfli formatda keçirilən dialoqun konstruktiv xarakterini və Suriyada və bütövlükdə regionda vəziyyətin daha da sabitləşdirilməsi üçün onun davam etdirilməsinin zəruriliyini qeyd ediblər.