ABŞ Qazaxıstana xəbərdarlıq edib

15:51 - 25 Aprel 2023 - DÜNYA

ABŞ Qazaxıstana Rusiyaya kömək etdiyinə görə sanksiyalar riski ilə bağlı xəbərdarlıq edib

Qazaxıstan bankları və şirkətləri Rusiyaya Qərbin ticarət və maliyyə məhdudiyyətlərindən yayınmağa kömək etdiklərinə görə ABŞ-ın ikinci dərəcəli sanksiyalarına məruz qala bilərlər. Ucnoqta.az xəbər verir ki, Xəzinədarlıq katibinin köməkçisi Elizabet Rozenberq Astanada keçirilən dəyirmi masada belə tədbirlərin artan risklərindən danışıb.

Rozenberqin sözlərinə görə, risk həm Qazaxıstan Respublikası, həm də Qazaxıstan şirkətləri və bankları üçün artır. ABŞ rəsmisi vurğulayıb ki, ABŞ hakimiyyəti mövcud riskləri, eləcə də Rusiyanın köməyi ilə bağlı yarana biləcək nəticələri “aydın şəkildə göstərmək” üçün Qazaxıstan hökuməti və bu ölkədəki özəl sektorun nümayəndələri ilə daim əlaqə saxlayır. 

Xəbər xətti