Türkiyənin məşhur müğənnisi 60 yaşlı Seda Sayan plastik əməliyyat etdirib
Ucnoqta.az xəbər verir ki, keçmişdə "Fransız asılqanı" üsulu ilə üzünü uzadan Sayan daha sonra burnu ilə dodağı arasındakı məsafəni qısaltmaq üçün "dodaq qaldırma" əməliyyatı etdirib.
Üzündə etdiyi prosedurlarla gündəmdən düşməyən Sayan ötən ay ayaqlarından estetik əməliyyat etdirib. Son zamanlar arıqlayan və ayaqları 38 sm incələyən Seda Sayana 'Barbie Doll' tətbiqi edilib.
O, üzünün aşağı hissəsindən və gicgahından əməliyyat keçirib.
"Mən Lolita olacağam, hə, ustad?" - İnstaqram hesabında həmin anları yayımlayan Sayan həkiminə deyib.
Seda Sayan sənətçi dostlarına etiraz edib:
"Mən deyirəm. İnsanlar bunu başa düşür və “mənim heç nəyim yoxdur” deyirlər. Mən isə “yav he he” deyirəm. Bu cəmiyyətdə hər şeyi edən tək mənəm".