ABŞ prezidenti Co Bayden 2024-cü ildə prezidentliyə namizəd olacağını deyib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika lideri Co Bayden 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak edəcəyini rəsmən açıqlayıb.
“Dörd il əvvəl prezidentliyə namizədliyimi irəli sürəndə demişdim ki, biz Amerikanın ruhu üçün mübarizə aparırıq və hələ də bunu edirik. İndi dayanmağın vaxtı deyil. Ona görə də yenidən namizədliyimi irəli sürürəm”, - deyə prezident bildirib.